20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İyunun 19-da Naxçıvan Biznes Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Korporativ Sosial Məsuliyyət Komitəsi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təşkil etdiyi təlimə başlanılıb. 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikada ekoloji təmiz ərzaq məhsulları istehsalında əldə olunmuş müsbət təcrübədən danışıb. Bildirib ki, diyarımızda aqrar sahənin inkişafına göstərilən diqqət burada ərzaq məhsulları istehsalı üzrə kiçik fermer təsərrüfatlarının sayının artmasına imkan yaradıb.
Nazir qeyd edib ki, qlobal iqlim dəyişikliyi proseslərinin baş verdiyi dövrdə muxtar respublikamızda da aqrar sahə üzrə məşğul olan insanların məlumatlandırılması baxımından bu tədbir ­əhəmiyyətlidir.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, hazırda iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan yeni innovativ texnologiyalarla yanaşı, korporativ sosial məsuliyyət də getdikcə əhəmiyyət qazanır. Bu baxımdan ətraf mühitin qorunması, yerli icmalarla iş və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə istiqamətində aparılan işlərə ölkəmizdə ciddi diqqət yetirilir. O qeyd edib ki, bu sahədə həyata keçirilən dövlət tədbirləri ilə yanaşı, hər bir özəl müəssisə də fəal olmalıdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agent­liyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov, Milli Hidrometeorologiya xidmətinin direktor müavini İmran Əbdulov çıxış edərək iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar haqqında danışıblar.
Tədbirdə sahibkarları maraqlandıran suallar Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin, elm və təhsil ocaqlarının mütəxəssisləri tərəfindən cavablandırılıb.
Məlumat üçün bildirək ki, iki gün davam edəcək tədbir zamanı Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyət göstərən 60-dan çox sahibkar praktik biliklər əldə edəcəklər. Təlimin sonunda sahibkarlara müvafiq sertifikatlar təqdim olunacaq.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280612
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3577
5856
33777
111970
4280612

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter