20 Avqust 2019, Çərşənbə axşamı

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Şərur rayonunda 27 min hektardan artıq torpaq sahəsi müxtəlif suvarma qurğuları vasitəsilə qidalanır. Meliorasiya və suvarma qurğularının lazımi səviyyədə istismarı ilə yanaşı, zəruri yerlərdə təmir işləri də ardıcıl davam etdirilir. Nasos stansiyalarının, subartezian quyularının fasiləsiz işinin təmin olunması üçün vaxtaşırı tədbirlər həyata keçirilir.
Sel sularının ciddi fəsad törətməsinin əvvəlcədən qarşısını almaq məqsədilə Arpa­çayın yatağı boyunca sahilbərkitmə tədbirləri davam etdirilir, çay yatağı təmizlənir, kənarları bərkidilir. Bu, torpaqların şoranlaşmasının da qarşısını alır. Yaşayış məntəqələrindəki içməli su xətlərinin təmiri də diqqət mərkəzindədir.
Bu gün Arpaçay dəryaçasında yığılan suyun maksimum səviyyədə olması belə deməyə əsas verir ki, mövsüm ərzində əkin sahələrini suvarma suyu ilə tam təmin etmək mümkün olacaqdır. Yerlərdə sudan səmərəli istifadə edilməsi, arxlardakı və kanallardakı sızmaların qarşısının alınması da daim nəzarətdədir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4462350
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2387
2919
5306
126391
4462350

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter