21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada daha yaxşı manevr etmək imkanlarına malik müasir maşın-mexanizmlər və ağırtonnajlı yük avtomobillərinin sayı xeyli artıb. Həmin texnikalara yüksək keyfiyyətli servis xidmətləri göstərilməsi ciddi önəm verilən məsələlərdən biridir. Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti diqqətçəkicidir. Müəssisə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb.

Naxçıvan şəhərində yaradılan müəssisənin ərazisi 6827,5 kvadratmetrdir. Burada inzibati bina, yeməkxana, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsinə hərtərəfli şərait yaradılıb.
Yük və minik avtomobillərinin təmiri sexində Almaniya istehsalı olan avadanlıqlarla təmin edilmiş avtomobillərin diaqnostik müayinə mərkəzi yaradılıb. Kompyuterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir.
Boya sexində yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün Almaniya istehsalı olan havalandırma və istilik sistemi ilə təmin olunan, kompyuterlə idarə edilən xüsusi qurğu quraşdırılıb. İlkin olaraq avtomobillərdən nümunələr götürülüb müəssisənin laboratoriyasında analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.

Müəssisədə fəaliyyət göstərən səyyar servis xidmətinin yüksək səviyyədə aparılması üçün ixtisaslı mütəxəssislər cəlb olunub, xüsusi avtomobillər ayrılıb. Bu da iş prosesində avtomobillərdə yaranan nasazlıqların yerindəcə aradan qaldırılmasına və lazım olduqda evakuatorla müəssisəyə gətirilməsinə imkan verir. 
Servis xidmətlərinin lazımi səviyyədə aparılması bir tərəfdən müasir texnoloji avadanlıqlar və onları idarə edən ixtisaslı mütəxəssislərdən, digər tərəfdən əvəzlənən ehtiyat hissələrinin keyfiyyətli olmasından asılıdır. Buna görə də avtomobillərin ehtiyat hissələrinin birbaşa istehsalçı müəssisələrdən alınıb gətirilməsi diqqət mərkəzində saxlanılıb, müəssisənin anbarında kifayət qədər ehtiyat yaradılıb.
Son illər Naxçıvan-Sədərək, Naxçıvan-Culfa magistral avtomobil yolları və bu yolları birləşdirən Naxçıvan dairəvi avtomobil yolu müasir səviyyədə yenidən qurularaq istifadəyə verilib. Avtomobil nəqliyyatında yük daşınması sahəsində xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb, 2012-ci ilin sentyabr ayında Naxçıvan şəhərində Yük Avtomobil Park Kompleksi istifadəyə verilib. Naxçıvan dairəvi avtomobil yolunun kənarında inşa olunan, 3 min kvadratmetrdən artıq geniş bir ərazini əhatə edən bu kompleksdə eyni vaxtda 120-dən çox yük avtomobilinə xidmət göstərilməsi üçün yüksək şərait yaradılıb. Yerli və beynəlxalq yük daşınması ilə məşğul olan sürücülərin, eləcə də kompleksin xidmətlərindən istifadə edən qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb, burada inşa olunmuş 2 korpuslu binanın ikinci mərtəbəsində moteltipli yataq otaqları istifadəyə verilib. Binanın birinci mərtəbəsində isə iaşə xidməti göstərilməsi üçün mətbəx, yeməkxana, fərdi qazanxana yaradılıb, iş otaqları istifadəyə verilib. Kompleksin özünəməxsus üstün cəhətlərindən biri də burada müasir tələblərə cavab verən yeni anbar binasının tikilib istifadəyə verilməsidir. Ümumi sahəsi 1138 kvadratmetr olan anbarda tranzit və karqo yüklərin qəbuluna, saxlanılmasına və göndərilməsinə əlverişli şərait yaradılıb. Ərazidə avtomatik idarə olunan 80 tonluq yük tərəzisi və nəzarət videokamera sistemi quraşdırılıb, açıq avtomobil dayanacaqları yaradılıb. Yeni kompleksdə tranzit yük maşınlarına texniki xidmətin göstərilməsi, yüklərin boşaldılaraq paylanılması və sürücülərin istirahəti üçün hərtərəfli şərait mövcuddur.
Onu da qeyd edək ki, yeni texnoloji avadanlıqlarla təmin olunmuş “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda avtomobil nəqliyyatında yük daşınmasını müasir tələblərə uyğun quran və yüksək keyfiyyətli servis xidmətləri göstərən yeganə müəssisədir.
Əsasən, mütəxəssislərin və öz işini mükəmməl bilən sənətkarların çalışdığı müəssisədə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb, işçilər yüksək əməkhaqqı və xüsusi geyim formaları ilə təmin olunub, onların gediş-gəlişi üçün avtobus ayrılıb.

 

Kərəm HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3296318
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
140
4291
8086
80964
3296318

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter