18 Yanvar 2021, Bazar ertəsi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı…

Naxçıvanda Vətən müharibəsi şəhidləri  böyük ehtiramla qarşılanıb

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi…

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında…

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici…

Vətən uğrunda canlarından keçənlər əbədi yaşayacaqlar

Naxçıvanda şəhidlər ehtiramla qarşılanıb Sentyabrın 27-də…

Şərur rayonunun Qarabürc kəndi müasir  yaşayış məntəqəsinə çevrilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı,…

Naxçıvanda şəhidlərin xatirəsinə  ağaclar əkilib

Ümummilli lider Heydər Əliyev demişdir: "Torpaqlarımızın azad olunması, respublikamızın ərazi…

"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni…

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün  müasir iş şəraiti yaradılıb

  Ölkə Prezidenti cənab İlham Əliyev…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Üzüm çox məhsuldar olmaqla yanaşı, həm də quraqlığa davamlı bir bitkidir. Məhsul yetişdikdən sonra dörd aya qədər qala bilir. Bu meyvə qurudulmaq üçün də əlverişlidir və şərab hazırlanması üçün əsas xammaldır. Tarixi mənbələr göstərir ki, Azərbaycanda yetişən üzüm və ondan alınan şərablar bütün dövrlərdə dünya səviyyəsində yüksək qiymətləndirilib. 1886-cı ildə Tiflisdə nəşr edilmiş “Vinodeliye na Kafqaze” iqtisadi oçerkində P.V.Dzyubenko qeyd edir ki, düzgün hazırlanar və saxlanarsa, ticarəti düzgün təşkil edilərsə, Azərbaycan şərabları müvəffəqiyyətlə Fransanın Bordo şərabını əvəz edə bilər.

Ta qədimlərdən Azərbaycanda üzümçülük və şərabçılıq əhalinin əsas məşğuliyyət sahələrindən olub. Onun dilbər guşəsi Naxçıvanda Günəş radiasiyasının illik miqdarının 150-160 kilo kalori kvadratsantimetrə çatması (bu miqdar radiasiya keçmiş SSRİ-də yalnız Özbəkistanın düzən ərazilərində qeydə alınırdı) burada becərilən üzüm və ondan alınan şərabın daha da keyfiyyətli olmasına zəmanət verir. Yuxarıda qeyd etdiyimiz kimi, üzüm quraqlığa davamlı olduğu üçün ta qədimdən Naxçıvanda suvarma suyunun azlıq təşkil etdiyi Əlincə çayı vadisində, alçaq və orta dağlıq hissəsindəki yaşayış məntəqələrində, indiki Babək rayonunun Sirab, Qahab, Zeynəddin, Cəhri, Nehrəm kənd­lərində, Sədərəkdə bu bitkinin əkilməsinə daha çox üstünlük verilib. Tarixi mənbələrdə də Naxçıvanda üzümçülüyün qədim ənənələri barədə ­söhbət açılır. Belə ki,1727-ci il ­“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə əhalinin bütün növ məşğuliyyəti kimi üzümçülük barədə də geniş məlumat verilir. İstehsal olunan məhsulun dəyəri və alınan vergilər barədə statistik məlumatların mövcud olduğu mənbədə üzümlük sahələri “qitə” ölçü vahidi ilə verilib. Adlı siyahıda hər kəsin bir qitə (bəzən şərik) və ya yarım qitə üzümlüyü olması barədə məlumatlara rast gəlinir. Məsələn, Cəhri kəndində 160, Yuxarı Əylis kəndində 190, Ordubad şəhərində 101 qitə üzüm bağı olduğu göstərilir.

Adıçəkilən mənbədə Əlincə çayı vadisində yerləşən, bu gün də həyətyanı sahələrdəki əkinin əsasını üzümçülük təşkil edən kəndlərin hamısından üzümə görə vergi alınması barədə faktlara da rast gəlinir. Bu siyahıda nisbətən dağlıq ərazidə olan Göynük, Şurud, Qal (Gal), Aşağı Anzır kəndlərinin də adı vardır. Maraqlıdır ki, Cəhridən başqa, bugünkü Babək rayonu ərazisində olan heç bir yaşayış məntəqəsindən üzümə görə vergi alınmayıb. Əksinə, həmin dövrdə Ordubadın dağ kəndlərindən olan Parağa 291, Çənnəb 4500, Düylün 700, Anaqut 1700, Dırnıs 2200, Kələki 1500, Unus 1800, Aşağı Əylis 2800, Anabad isə 450 ağça üzüm verigisi ödəyib.
Üzümçülüklə bağlı əlimizdə olan digər yazılı mənbələr çar Rusiyası dövrünə aiddir. Bu mənbələr göstərir ki, Naxçıvanda bir sıra süfrə üzüm növləri ilə yanaşı, kişmiş və mövüc istehsalı üçün yararlı üzüm sortları daha çox yayılıb. Doğrudan da, Naxçıvanda xəlili, hüseyni, əsgəri, kürdəşir, inəkəmcəyi, sahibi, qızıl üzüm, keçiəmcəyi, gülabı, kişmişi, ağ kişmişi kimi süfrə üzümlərinin əksəriyyəti Naxçıvanın aborigen üzüm sortlarıdır və kişmiş hazırlanması üçün əsas xammaldır. O cümlədən aborigen üzüm sortu olan hənəqırna mövüc hazırlamaq üçün ən əlverişli sortdur.
Haşiyə: Ehtimal etmək olar ki, “hənəqırna” üzüm növünün adı “hələ qırma” sözündən əmələ gəlib. Çünki üzümlüklərdə ən gec yetişən və mövsümün axırında toplanan üzüm növüdür. Digər üzüm sortlarının 5-6 kiloqramından bir kiloqram mövüc alındığı halda, hənəqırnanın 2-3 kiloqramından bir kiloqram mövüc alınır. Hənəqırna bağlardan ən sonda dərilən üzüm sortudur. Milaxlarda asılaraq Novruz bayramına kimi qala bilir. Payız yarı olduqdan sonra pendir-çörəklə hənəqırna bir çox naxçıvanlının sevimli yeməyinə çevrilir.
Rus tədqiqatçısı M.Ballas aksiz sənədlərinə əsaslanaraq göstərir ki, 1870-ci ildə Naxçıvanda 1454 desyatindən 335 min 167 pud və yaxud 5362,7 ton üzüm yığılıb. Qafqaz Statistika İdarəsinin Qafqaz haqqında məlumat məcmuəsinin III cildinin 275-ci səhifəsində göstərilir ki, Ordubad da daxil olmaqla, Naxçıvan qəzasında (1850-1874-cü illər üçün) 2454 desyatin üzümlük olub və burada hər hektardan orta hesabla 168 pud və yaxud 6 min 596 ton üzüm götürülüb. Məhəmməd Həsən Baharlı isə qeyd edir ki, 1914-cü ilə qədər Naxçıvan quberniyasında, təxminən, 5 min desyatin üzüm sahəsi olub.
Sovet hakimiyyəti qurulana qədər Naxçıvanda müəyyən qədər üzüm sahəsi olsa da, mənbələrdə böyük plantasiyaları və şərab zavodları olan şəxslərin adına rast gəlmirik. 1920-ci ildən sonra əksər kəndlərdə əhaliyə verilən torpaq sahələrində üzüm bağları salınmışdı. Ayrılan sahələr bir-birinə yaxın olduğu üçün fərdi sahələr bir yerdə plantasiya əmələ gətirirdi. Məsələn, Sirab kəndində üç sahədə “Rəncənə” adlı yerdə 60 hektara yaxın, “Hacı Rəcəb” bağlarında 5 hektar, “Dayçan” bağlarında isə 55 hektara yaxın üzümlük sahələri salınmışdı. 1932-ci ildən başlayaraq bağlar bir neçə mərhələdə alınaraq kolxozlaşdırıldı.
1960-cı illərin ortalarından etibarən kolxozlar sovxoza, xüsusilə üzümçülük sovxozlarına çevrildi, yeni üzüm plantasiyaları salınmağa başlanıldı. Digər respublikalardan – Özbəkistan, Türkmənistan, Gürcüstan, eləcə də Avropa dövlətlərindən yeni üzüm sortları olan üzüm çilikləri (əkmək üçün tənək budaqları) gətirildi. Salınan bağlar cərgə üsulu ilə əkilir, şpalerlərə (beton dirəklər və onlara çəkilən üç cərgə məftil) qaldırılırdı. Dar və geniş cərgəli olmaqla, cərgəarası 3 və 3,5 metr götürülürdü ki, traktorlar aradan keçib şum apara bilsin. Bağların arasını Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) üzvü olan sosialist dövlətlərindən Bolqarıstanın istehsal etdiyi kiçik qabaritli “Bolqar” traktorları şumlayırdı.
Naxçıvanda üzümçülüyün inkişafı ulu öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizə rəhbərliyə gəlişindən sonra yeni mərhələyə yüksəldi. Dahi şəxsiyyətin himayəsi ilə həmin illərdə üzüm plantasiyalarının sahəsi də bir neçə dəfə genişləndi. Belə ki, 1970-ci ildə 7 min 400 hektar, 1975-ci ildə 10 min 4 hektar, 1981-ci ildə isə 18 min hektar sahədə üzümlük salındı. İstehsal olunan məhsulun həcminə gəldikdə isə ən yüksək göstərici 1981-ci ildə qeydə alınıb. Belə ki, həmin dövrdə Naxçıvanda 103 min 543 ton məhsul tədarük edilib. Ümumiyyətlə, ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrdə ölkə­mizdə üzümün illik istehsalı 2 milyon tona çatdırılıb. İstehsal olunan bu məhsulun 148 min tonu Naxçıvan Muxtar Respublikasının payına düşürdü. Üzüm istehsalına görə birinci yerdə Şərur, ikinci yerdə Babək, üçüncü yerdə Culfa, dördüncü yerdə Ordubad, beşinci yerdə isə Şahbuz rayonu dayanırdı. Hətta ərazisi dağlıq və dağətəyi olan Şahbuz rayonunda ildə 5 min ton üzüm tədarük olunurdu.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu sahədə ciddi tənəzzül baş verdi. Belə ki, 80-ci illərin əvvəllərindən etibarən üzüm plantasiyalarının sahəsi və eləcə də üzüm məhsulunun yığım həcmi azalmağa başladı. SSRİ-də M.S.Qorbaçovun hakimiyyətə gəlməsi Azərbaycanın hərtərəfli bəlaya düçar olmasına, o cümlədən üzüm plantasiyalarının da vəhşicəsinə dağıdılmasına səbəb oldu. “Alkoqolizmə və sərxoşluğa qarşı mübarizə” devizi altında həyata keçirilən tədbirlər milyonlar bahasına salınan üzüm bağlarının dağıdılmasına səbəb oldu.
Yaxşı xatirimdədir, 1986-cı ildə partiya uçotundan çıxmaq üçün Şahbuz rayonuna getmişdim. Şahbuz İcraiyyə Komitəsinin rəhbərliyi telefonda təsərrüfat başçılarından sökülən bağlar haqqında hesabat istəyir, az bağ sökənləri danlayır, tələsdirirdi. Onu da qeyd edək ki, sökülən bağların əksəriyyətinin üzümü yığılmamış, eləcə məhsul üzərində buldozerlə kürənirdi. Təbii ki, bu göstəriş SSRİ rəhbərliyi tərəfindən verilmişdi və bu planın nəticəsi idi ki, 80-ci illərdə 18 min hektara çatdırılan üzüm plantasiyaları, həmçinin milyon manat pul vəsaiti hesabına başa gələn şərab zavodları dağıdıldı. Ölkəmiz böyük bir gəlirdən məhrum olduğu kimi, əhali də çox sayda iş yeri itirdi.
Üzümçülüyün yenidən dirçəldilməsi, bu sahədəki ənənələrin bərpa edilməsi, yeni üzümlüklərin salınması, bol məhsul istehsalı, bir sözlə, üzümçülüyün şöhrətinin özünə qaytarılması müstəqillik illəri ilə bağlıdır. Belə ki, ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda üzümçülüyün daha sürətli inkişafı üçün əlverişli şərait yaradılıb və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2011-ci il dekabrın 15-də “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Pro­qramı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qədim diyarda üzümçülüyün də yenidən dirçəlməsinə səbəb olub.
Bu gün Naxçıvanda üzümlüklərin sahələri genişləndirilməklə yerli üzüm istehsalına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Dövlət indi kəndliyə kredit də verir, texnika da, su da, digər qayğılar da göstərir. Təki bir vaxtlar bağlarda becərilən minillik qədim üzüm sortları yenidən süfrələrimizi bəzəsin. Artıq bu işdə əhəmiyyətli uğurlar qazanılıb. Belə ki, son illər təkcə Babək rayonunun Nehrəm kəndində 180 hektar sahədə salınan “Sumqala” üzümçülük təsərrüfatı, Babək qəsəbəsində iməciliklər yolu ilə salınan yeni üzümlük, eləcə də Didivar kəndində Hüseynqulu Bədəlova, Babək qəsəbəsində Ənvər Hüseynova məxsus fərdi üzümçülük təsərrüfatları ilbəil fəaliyyətlərini genişləndirir, bol məhsul istehsal edərək daxili bazarın keyfiyyətli yerli məhsula olan tələbatını ödəyirlər. Nehrəm kəndindəki üzümlükdən istehsal olunan məhsul paytaxt Bakı ilə yanaşı, Rusiya bazarlarına da satışa çıxarılır. Bundan əlavə, üzümdən kişmiş və mövüc də hazırlanır. Hazırda məhsulu uzun müddət saxlamağa imkan verən və tutumu 250 ton olan soyuducu anbar da inşa olunur. Burada 200 nəfər işlə təmin olunub. Gələcəkdə təsərrüfatın fəaliyyəti daha da genişləndirildikdən sonra iş yerlərinin sayı 500-ə çatdırılacaq.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, salınan həmin bağlarda keçmiş ənənələrdən istifadə etməklə unudulmaqda olan üzüm sortları yenidən bərpa edilib.
Digər aqrar sahələr kimi, üzümçülüyün də inkişafına göstərilən dövlət qayğısı üzüm sahələrinin genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığın tədricən artımına səbəb olub. Bu gün qədim diyarımızın torpaq-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksəkkeyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.
Söhbət şərabçılıqdan düşmüşkən qeyd edək ki, ailə təsərrüfatı sahibləri yaradılan şəraitdən bəhrələnib verilən kreditlər hesabına yeni üzümlük sahələri sala və şərabçılıqla məşğul ola bilərlər. Çünki Naxçıvanda yetişən üzümlərdən alınan şərab, düzgün hazırlanarsa, yaxşı alıcı kütləsi qazana bilər ki, bu da, ilk növbədə, yeni iş yerlərinin yaranmasına, muxtar respublikanın ixrac potensialının daha da artmasına, eləcə də qədim diyarın iqtisadiyyatının güclənməsinə şərait yaradar.

Zaleh NOVRUZOV

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Rusiyanın Qarabağı öz tərkibinə qatmaq k…

18-01-2021-15-21 İCTİMAİ-SİYASİ

Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov

Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikirl...

Ermənistan tərəfindən əsirlərlə bağlı si…

18-01-2021-15-19 İCTİMAİ-SİYASİ

Ermənistan tərəfindən əsirlərlə bağlı siyahı dərhal və tam şəkildə təqdim olunmadı - Lavrov

Hərbi əsirlərin mübadiləsi məsələsi 10 noyabr üçtərəfli bə...

10 noyabr üçtərəfli bəyanatının heç bir …

18-01-2021-15-18 İCTİMAİ-SİYASİ

10 noyabr üçtərəfli bəyanatının heç bir gizli bəndi mövcud deyil - Rusiya XİN

10 noyabr üçtərəfli bəyanatının bütün müddəaları ictimaiyy...

İşğaldan azad edilən şəhər və rayonlara …

18-01-2021-14-36 İCTİMAİ-SİYASİ

İşğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanıb

İşğaldan azad edilən şəhər və rayonlara marşrutların açılm...

Şuşaya 2 hərəkət zolağı enində xidməti y…

18-01-2021-12-11 İCTİMAİ-SİYASİ

Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni av...

Bakıdan Tehrana böyük iqtisadi heyət səf…

18-01-2021-11-48 İCTİMAİ-SİYASİ

Bakıdan Tehrana böyük iqtisadi heyət səfər edib - Hökumətlərarası Komissiyanın iclası olacaq

Bu gün İran paytaxtı Tehran şəhərində Azərbaycan-İran İran...

Ulu öndərin izi ilə: İlham Əliyev 39 il …

18-01-2021-10-55 İCTİMAİ-SİYASİ

Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ...

Azərbaycan vaksinasiyaya başlayır - İlk …

18-01-2021-10-28 İCTİMAİ-SİYASİ

Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?

Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlə...

Hərbi qulluqçularımız Türkiyədə keçiril…

18-01-2021-10-18 İCTİMAİ-SİYASİ

 Hərbi qulluqçularımız Türkiyədə keçiriləcək təlımdə iştirak edəcəklər

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək ...

Azərbaycanda sərt karantin rejimi yumşal…

18-01-2021-10-04 İCTİMAİ-SİYASİ

Azərbaycanda sərt karantin rejimi yumşaldıldı

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb....

Naxçıvan: İnkişaf edən, logistik mərkəzə…

16-01-2021-16-10 İCTİMAİ-SİYASİ

Naxçıvan: İnkişaf edən, logistik mərkəzə çevrilən qədim diyar

 Şəxsiyyətlərin xalqın taleyindəki yeri və rolunu onların öz...

Ötən ilin yekunları müzakirə olunub, qar…

15-01-2021-20-22 İCTİMAİ-SİYASİ

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran  vəzifələr müəyyənləşdirilib

2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Na...

Ötən ilin yekunları müzakirə olunub

15-01-2021-20-16 İCTİMAİ-SİYASİ

Ötən ilin yekunları müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemlə...

Nazirlər Kabinetində müəyyən qərarlar qə…

15-01-2021-19-41 İCTİMAİ-SİYASİ

Nazirlər Kabinetində müəyyən qərarlar qəbul olunub

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində ilk 15 g...

Əmək pensiyalarının maliyyələşdirilməsi …

15-01-2021-19-38 -Sosial

Ölkəmizdə əldə olunan sosial iqtisadi inkişaf əhalinin sosia...

Əbədi yaşamaq hüququ qazananlar...

15-01-2021-19-37 İCTİMAİ-SİYASİ

Əbədi yaşamaq hüququ  qazananlar...

Hələ də əllərinin izləri yaşayan həyət evlərinin küçə qapı...

Multikulturalizm və tolerantlıq siyasəti…

15-01-2021-19-35 İCTİMAİ-SİYASİ

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülü...

Sosial könüllülər ilə görüş keçirilib

15-01-2021-19-31 -Sosial

Sosial könüllülər ilə görüş keçirilib

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Sosial könüllülük...

Smart tələbə kartlarının təqdimatı olub

15-01-2021-19-30 -Elm və təhsil

Smart tələbə kartlarının təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının t...

STEAM təlimlərini başa vuran müəllimlər …

15-01-2021-19-28 -Elm və təhsil

STEAM təlimlərini başa vuran müəllimlər və respublika  fənn olimpiadasının qalibləri mükafatlandırılıb

STEAM təlimlərini uğurla başa vuran müəllimlərə sertifikat...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR