17 Sentyabr 2019, Çərşənbə axşamı

Muxtar respublikamızda tütünçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlər ailə təsərrüfatlarının da bu sahəyə marağını artırıb. Şərur rayonunun Çomaxtur kəndində ailə təsərrüfatçısı Yalçın Rzayev də bu il 2 hektar sahədə tütün becərib. Artıq sahədə ikinci qırım keçirilib.
Ailə təsərrüfatı başçısı deyir ki, dünya səviyyəsində həm keyfiyyətinə, həm də məhsuldarlığına görə sınaqdan çıxarılmış “Virciniya” sortlu tütünün iki qırımından bir tondan artıq quru tütün əldə edib.
Məhsulun qəbulu sahəsində heç bir problem olmadığını vurğulayan Yalçın Rzayev onu da bildirdi ki, istehsal olunan quru tütünün tədarükü və təhvili üçün Kəngərli rayonunun Xıncab kəndində “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətinin qəbul məntəqəsi fəaliyyət göstərir. Təhvil verilən quru tütün məntəqədə çeşidlənir və ödənişi həyata keçirilir.
Hazırda tütün sahəsində mövsümə uyğun becərmə işləri davam etdirilir və üçüncü qırıma hazırlıq görülür.
Ailə təsərrüfatı gələn il tütün əkin sahəsini 2-3 dəfə artırmağı qarşıya məqsəd qoyub. Təsərrüfatda bağçılıq və arıçılıqla da məşğul olunur.

Mehman MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR