17 Sentyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Qarnizonu qoşunlarında snayperlərin toplantısı keçirilib. Toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.
“Ən yaxşı snayper” adı uğrunda keçirilən yarışda snayperlərin ayrı-ayrı üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.

* * *

Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktik məşğələlər keçirilib. Plana əsasən həyəcan siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər.
Şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib. Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Nəriman NƏCƏFOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR