23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyul ayında muxtar respublikanın şəhər və rayonlarında ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarlarla tarla-seminar müşavirələri keçirilmiş, yeni ailə təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır.
Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün torpaq mülkiyyətçilərinə müvafiq köməklik göstərilmiş, biçindən sonra sahələrin küləşdən təmizlənməsi və yandırılmasının zərərləri ilə bağlı maarifləndirmə işləri aparılmışdır. Həmçinin muxtar respublikada məhsul bolluğunun yaradılması istiqamətində biçindən sonra təkrar yay əkinlərinin aparılmasının əhəmiyyəti və sahələrin hazırlanması ilə bağlı tədbirlər keçirilmiş, kartofçuluq, meyvə-tərəvəz, bostançılıqla məşğul olan torpaq mülkiyyətçilərinə tövsiyələr verilmiş, üzüm sahələrinin becərilməsinə dair qaydalar izah olunmuşdur.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə görüşlər, yaylaqlardan səmərəli istifadə edilməsi ilə bağlı müşavirələr keçirilmiş, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma tədbirləri davam etdirilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin laboratoriyasında torpaq nümunələri analiz edilərək nəticələrə dair yekun aktları verilmişdir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR