23 Sentyabr 2019, Bazar ertəsi

Qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının reallığı əks etdirməsi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri nəticəsində cari ilin 8 ayı ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən 371 işçi aşkar edilib, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün işəgötürənlərə xəbərdarlıq edilib. 43 halda isə əməkhaqqının real göstərilməsinə nail olunub.
Müvafiq dövr ərzində, əməyin mühafizəsi tədbirləri davam etdirilib, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 81 obyektə nəzarət həyata keçirilib, fərdi mühafizə vasitələrindən istifadə etməyən 37 işçi tikinti sahəsindən müvəqqəti uzaqlaşdırılıb, 73 işçi isə həmin vasitələrlə yerində təmin edilib. Əməyin mühafizəsini daha geniş şəkildə təbliğ etmək məqsədilə rüblük elektron jurnalın təqdimatı keçirilib, əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirici seminarlar davam etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR