19 Sentyabr 2019, Cümə axşamı

Muxtar respublikada 2019-cu ilin yanvar-iyul aylarında 1 milyard 545 milyon 776 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3382,4 manat ­olmuşdur.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 636 milyon 155 min 100 manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

 

* * *

Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-iyul aylarında
muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 587 milyon 447 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 566 milyon 5 min 700 manatı və ya 96,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

Bəhs olunan dövrdə 244 milyon 713 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 13348,1 ton, süd istehsalı 60358,4 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı isə 1,3 faiz artmışdır.

* * *

2019-cu ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 31 milyon 205 min 500 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 25 milyon 213 min 300 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,3 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 64 milyon 55 min 100 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,1 dəfə çoxdur. Verilmiş kreditlərin 6 milyon 576 min manatı və yaxud 10,3 faizi qısamüddətli, 57 milyon 479 min 100 manatı və yaxud 89,7 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazır­da əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 avqust 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 82307-yə çatmışdır ki, bunun da 72821-i və ya 88,5 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-iyul aylarında açılmış 15987 bank hesabının 15907-si aktiv hesablar olmuşdur. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2019-cu il tarixə 1276-ya çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar­-iyul aylarında 253 milyon 361 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 587 min 800 ABŞ dolları təşkil etmiş, 189 milyon 814 min 600 ABŞ dolları dəyərində müsbət saldo ­yaranmışdır.

* * *

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 449,3 manat təşkil etmişdir. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.

* * *

1 iyul 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3286 nəfər artaraq 457,6 min nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR