22 Noyabr 2019, Cümə

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Bu tədbirlərin davamı kimi növbəti layihə olan Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Layihəyə əsasən həmin yolun Culfa-Yaycı hissəsi 4 zolaqlı, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı hərəkət hissəsindən ibarət olacaq. Yolun Culfa rayonu ərazisindən keçən hissəsində torpaqbərkitmə işləri yekunlaşdırılıb, magistrala asfalt örtük verilib. Hazırda yolun Düylün-Dəstə kəndləri ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir, digər hissələrdə torpaq işləri aparılır. Ümumi uzunluğu 48 kilometr olan yolun keçdiyi yerlərdə layihəyə əsasən 120 su keçidi və 6 körpü salınması, asfalt örtüyünü yağış sularından qorumaq üçün yol kənarlarında 28 kilometr uzunluğunda su kanalının tikilməsi nəzərdə tutulub. Bu quruculuq tədbirlərinin böyük bir qismi artıq həyata keçirilib. Hazırda yolun müxtəlif hissələrində tikinti işləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il may ayının 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb, yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb.

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR