20 Noyabr 2019, Çərşənbə

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması diyarımızda müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb. Bu gün Şahbuz rayonunda da müxtəlif sahələr üzrə ailə təsərrüfatları fəaliyyət göstərir. Təsərrüfat sahiblərinə növbəti qayğının nümunəsi olaraq rayon mərkəzindəki Heydər Əliyev prospektində ailə təsərrüfatı məhsullarının sərgi-satışı təşkil olunub.

Tədbirin aparıcıları bildiriblər ki, Şahbuzda ilbəil kənd təsərrüfatı məhsullarının istehsalında ailə təsərrüfatlarının böyük rolu var. Şahbuzun ailə təsərrüfatı sahibləri həm rayonun, həm də muxtar respublika bazarlarının yerli məhsullarla təmin olunmasına töhfələrini verirlər.
Sərgi-satışa rayonun kənd­lərindən 80-ə yaxın ailə təsərrüfatı tərəfindən 11 növdə, 79 adda 2300 qablaşdırılmış məhsul çıxarılmışdı. Bölgə qaymağı, xaması, müxtəlif növ mürəbbə və şirniyyatlar, pendir, qatıq, cəviz, meyvə araqları, eləcə də turşular, kompotlar, dərman bitkiləri, meyvə quruları alıcılara təqdim olunub.
İki gün davam edən sərgi-satışda “Ən yaxşı ailə təsərrüfatı” nominasiyası üzrə qaliblər də müəyyənləşdirilib. Qaliblər Şahbuz Rayon İcra Hakimiyyətinin diplomları ilə təltif olunublar.
Ailə təsərrüfatı məhsullarının sərgi­-satışı alıcılar tərəfindən razılıqla qarşılanıb, satışa çıxarılan məhsullar istehlakçılar tərəfindən münasib qiymətə alınıb.
Qeyd edək ki, tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının və rayon uşaq musiqi məktəbləri kollektivlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Hicran ƏLİYEVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR