20 Oktyabr 2019, Bazar

Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialının təbliği və tanıdılması istiqamətində hər kəsdən dəstək gözləyir.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanın turizm brendi “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edir.

Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqə onlayn səsvermə əsasında aparılır.

Oktyabrın 25-dək davam edəcək müsabiqədə səs çoxluğu ilə qalib gələcək film və ya videoçarx Avstriyanın Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək. 140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparır.

Azərbaycanın turizm brendini qalib etmək üçün bu keçidə daxil olaraq, “Vote” yazısına klik edə bilərsiniz: https://www.cifft.com/film/azerbaijan-take-another-look/ 

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR