14 Dekabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikamızın bölgələrində, o cümlədən Culfa rayonunda quruculuq tədbirləri intensiv şəkildə həyata keçirilir. Bu çərçivədə  rayonun dəmiryol təşkilatlarını birləşdirən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa Yük və Sərnişin Daşımaları İdarəsində də xeyli abadlıq və quruculuq işləri yerinə yetirilib. Hazırda Yük və Sərnişindaşıma İdarəsində yeni vaqon təmir sexi inşa olunur. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nasazlıqlar yaranan vaqonları artıq başqa ­ölkələrə göndərilməyib bu binada təmir olunacaq.

Rayondakı vaqon təmiri sexinin inzibati binası da əsaslı şəkildə yenidən qurulur. İş icraçısı Aydın Mərdanovdan aldığımız məlumata görə, lokomotiv depo üçün hər birinin uzunluğu 66 metr olan iki dəmiryol xətti yenilənib. Hazırda konstruksiyaların boyanması işi davam etdirilir, döşəməyə beton verilir. Vaqonların təmiri üçün qaldırıcı kranlar quraşdırılıb, elektrik xətləri yenilənib, sexin işıqlandırılması işləri başa çatdırılıb. Burada sahə rəisinin otağı, mexaniklər və çilingərlər üçün iş otaqları, eyni zamanda istirahət otaqları yerləşəcək. Hazırda obyektin ikinci mərtəbəsinə panellər döşənir. Birinci və ikinci mərtəbələrdə arakəsmələr hörülüb, çöl fasadın suvanması və dam örtüyünün vurulması işi aparılır. İnşaat işlərində, əsasən, yerli tikinti material­larından istifadə edilir.
Tezliklə həyata vəsiqə qazanacaq hər iki obyektin tikilməsi burada çalışan işçilərin rahatlığına xidmət etməklə bərabər, həm də Culfa şəhərinə gözəllik verəcək.

Alim AĞAYEV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR