14 Noyabr 2019, Cümə axşamı

Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi 2019-cu ilin sentyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.

Ötən ay 15 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyət­yanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Ordubad və Culfa rayonlarında ailə təsərrüfatları ilə görüşlər keçirilmiş, əkin atlaslarına uyğun əkinlərin aparılması və torpaqlardan səmərəli istifadə ilə bağlı maarifləndirmə işi görülmüşdür.

Şahbuz rayonunda planaalma işləri davam etdirilmiş, 1656 daşınmaz əmlak obyekti plana alınmışdır. Rayonun Kolanı, Yuxarı Qışlaq və Aşağı Qışlaq bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Babək rayonunun Zeynəddin kəndində torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair moni­torinqlər və aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, Ordubad və Culfa rayonlarında “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda seminarlar keçirilmişdir.
Sentyabr ayında 462 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 411 texniki sənəd hazırlanmış, yeni yaranmış 58 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Naxçıvan şəhəri üzrə 26 küçə, 3 məhəllə və Hacıniyyət kəndində yeni ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılmış, 78 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 55 vətəndaşın müraciətinə baxılmış, 76 vətəndaşa elektron xidmətlər göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR