17 Noyabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən payız-qış mövsümünə ­hazırlıq, torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün 2019-cu ilin sentyabr ayında da işlər davam etdirilmiş, sudan ­səmərəli istifadəyə nəzarət artırılmışdır.

Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 10 milyon kubmetr suvarma suyu verilmiş, bunun müqabilində 8 min 196 hektar torpaq sahəsi suvarılmışdır. Bu dövrdə 7 kilometr beton və torpaq kanal, 21 kilo­metr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənmiş, 630 metr yeni içməli su xətti, 700 metr yeni suvarma xətti çəkilmişdir. Şahbuz rayonunun Türkeş kəndi ərazisindəki 300 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsində, Şərur və Ordubad rayonlarındakı su­təmizləyici qurğularda tikinti işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR