17 Noyabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin sentyabr ayında məhsul nümunələrinin 251 halda keyfiyyət göstəricilərinin yoxlanılmasını ­təmin etmişdir.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 116 qida istehsalı müəssisəsinə, 96 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 25 müraciət operativ icra edilmişdir. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması işi çərçivəsində məhsulların 7 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmışdır. 3 anbardan və 3 satış obyektindən götürülmüş məhsulların 6 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə, xaricdən idxal edilən üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarətin gücləndirilməsi tədbirinin icrası istiqamətində arpa və buğda toxumlarından nümunələr seçilərək analizləri aparılmış və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 26 bufet və yeməkxanada monitorinqlər, yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır.
Məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların göstəriciləri yoxlanılmış və nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Məktəbli ləvazimatlarının satıldığı yarmarka və obyektlərə baxış keçirilmiş, nöqsan aşkar edilməmişdir.
Bal məhsullarının 152 halda laboratoriya analizləri aparılaraq reduksiyaedici şəkərin həddinə dair məlumatlar təsərrüfatlara çatdırılmışdır. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbir­lər Planı”nın icrası çərçivəsində “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı Culfa rayonunun Ərəfsə, Ordubad rayonunun Sabirkənd yaşayış məntəqələrində ailə təsərrüfatları üçün seminar-müşavirələr keçirilmiş, “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulmasına aid maarifləndirici bukletlər təqdim olunmuşdur.
Ötən ay ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət məqsədilə məhsullardan 152 halda nümunələr götürülərək laboratoriyaya təqdim edilmiş, sınaqların nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən olunmuşdur. Həmçinin 80 bərbərxana və 6 gözəl­lik salonunda maarifləndirmə xarakterli monitorinqlər aparılmış, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Metroloji norma və qaydalara uyğun olaraq 2158 sayğac yoxlanılmışdır.
Fövqəladə Hallar Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə muxtar respublikada fəaliyyət göstərən 44 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılmış, ümumilikdə, idxal olunan 220 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 88 məişət qaz cihazının idxal və satışına icazə verilməmişdir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR