20 Noyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, dini-mənəvi dəyərlərin qorunması, yeni məscid və mərasim evlərinin tikilməsi də diqqət mərkəzində saxlanılır. Şərur rayonunun Çərçiboğan kəndində tikilib istifadəyə verilən 350 yerlik mərasim evi də bu istiqamətdə həyata ­keçirilən tədbirlərin davamıdır.

Ümumi sahəsi 450 kvadratmetr olan mərasim evi 2 zal və 2 mətbəxdən ibarətdir. Mətbəx və zallarda lazımi şərait yaradılıb. Burada 200 yer kişilər, 150 yer isə qadınlar üçün nəzərdə tutulub. Mərasim evi mərkəzləşmiş qaydada istilik sistemi ilə təmin olunub, həyəti abadlaşdırılıb, bulaq abidə tikilib, oturacaqlar qoyulub, həmişəyaşıl dekorativ ağaclar və gül kolları əkilib.
Çərçiboğan kənd mərasim evinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib. Mərasim evində ehsan süfrəsi açılıb. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ­minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu il may ayının 10-dan tikintisinə başlanılan mərasim evinin inşa edilməsində kənd sakinləri də yaxından iştirak ediblər.

Məhəmməd FƏRƏCOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR