28 Yanvar 2020, Çərşənbə axşamı

Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının geniş­ləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişik­liklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir.

2019-cu ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş pro­q­noz 115,7 faiz icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artıb. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 30,4 faizi dövlət sektorunun, 69,6 faizi isə özəl sektorun payına düşüb.
Qeyd edilən dövrdə məcburi dövlət sosial sığorta ödəmələri sahəsində vətəndaşlarla və vergiödəyiciləri ilə keçirilən maarifləndirici görüşlər öz səmərəsini verib və bu sahədə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 134,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 119,5 faiz əməl edilib.
Muxtar respublikada sahibkarların fəaliyyəti üçün yaradılmış hərtərəfli şərait, əlverişli biznes və investisiya mühitinin nəticəsidir ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 2019-cu ilin noyabr ayında 6 hüquqi şəxs dövlət qeydiyyatına və 251 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Sahibkarlıq uçotuna alınan fiziki şəxslərin 72,1 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR