07 Aprel 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir qrup torpaq mülkiyyətçisi və ailə təsərrüfatı başçılarının iştirakı ilə “Kartof əkinlərinə hazırlığın vəziyyəti və keyfiyyətli toxum tədarükü” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirəni Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq rayonda aqrar sahənin inkişaf etdirilməsi və bu sahəyə hərtərəfli dövlət dəstəyinin göstərilməsi barədə danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov kartof əkini üçün sahələrin hazırlanması mövzusunda çıxış edərək son illərdə bu sahənin inkişafında qazanılan uğurlu nəticələrdən danışıb. Qeyd olunub ki, kartof əkinlərindən daha artıq gəlir götürmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof əkiləcək sahəyə sələf bitkiləri yığılan kimi hər hektara 20-30 ton hesabı ilə üzvi gübrə verilməli, sahələr 28-30 santimetr dərinlikdə şumlanmalıdır. Kartof üzvi və mineral gübrələrə tələbkar bitkidir. Ona görə də gübrələmə sisteminə əsas və əlavə, yəni yemləmə şəklində verilən gübrələr daxildir.
Nazirliyin əməkdaşı Əli Hüseynov keyfiyyətli toxum tədarükü və toxumun dərmanlanmasından danışaraq bildirib ki, yüksək məhsuldarlığın başlıca şərtlərindən biri əkin materialıdır. Əkin üçün istifadə olunacaq toxum standarta uyğun, sağlam cücərmə qabiliyyətinə malik və yüksək reproduksiyalı olmalıdır. Əkindən qabaq kartof yumrularının cücərdilməsi çox vacib aqrotexniki tədbirdir. Bu, onların torpaq səthinə tez çıxmasına şərait yaradır. Maşınla əkilən kartof toxumunun cücərdilməsi əl ilə əkilən toxumun cücərdilməsindən fərqli olmalıdır. Belə ki, kartof toxumları 0,3-0,5 santimetrə qədər cücərdilərək əl ilə əkilə bilər. Ancaq maşınla əkiləcək toxumlar cücərtilər göründüyü andan əkinə başlanılmalıdır. Əkinə hazırlıq işlərinin son mərhələsi toxumun əkinqabağı dərmanlanmasıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici informasiya vərəqələri paylanılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR