07 Aprel 2020, Çərşənbə axşamı

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

 Ötən ay 9 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Torpaqların elektron uçotunun aparılması məqsədilə Şahbuz şəhərində və rayonun Mahmudoba kəndində, Sədərək rayonunun Sədərək kəndində planaalma işləri davam etdirilmiş, 1241 daşınmaz əmlak obyekti plana alınmışdır. Həmçinin muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin xəritəsi, Şahbuz rayonunun Türkeş, Kəngərli rayonunun Böyükdüz və Xıncab bələdiyyələrinin kənd təsərrüfatına yararlı torpaq sahələrinin qida maddələri ilə təminolunma kartoqramları hazırlanmışdır. 

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti məqsədilə Babək rayonunun Qahab və Naxışnərgiz kəndlərində monitorinq­lərə başlanılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Rayonun Çeşməbasar, Güznüt, Payız, Gülşənabad və Aşağı Buzqov kənd­lərində monitorinqlərin aparılması üçün müvafiq məlumatlar hazırlanmışdır. Zeynəddin kəndində torpaqların istifadəsinə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı maarifləndirici görüş olmuşdur.
Yanvar ayında 447 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 323 texniki sənəd hazırlanmış, yeni yaranmış 18 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 47 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət qrupu tərəfindən 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılmış, elektron xidmətlər göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR