03 Aprel 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası yanvar ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 160 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun da 129-u əhali, 31-i qeyri-əhali abonentlərdir.

Ötən ay qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi ixtisasartırma kursuna cəlb olunmuş müdavimlərin tədrisi davam etdirilmişdir.
Qaz İstismar Xidmətinin qaynar xəttinə qaz sızması, tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə 1160 çağırış daxil olmuş, qəza hadisələri vaxtında aradan qaldırılmışdır.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 94 belə sayğac quraşdırılmışdır. Qaz cihazlarından istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə işləri aparılmış, müvafiq qurumların əməkdaşları ilə birgə reydlərin keçirilməsi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR