19 Sentyabr 2020, Şənbə

Həyata keçirilən vergi siyasəti ilə bağlı muxtar respublikada görülən işlər öz nəticəsini verməkdədir. Belə ki, 2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 101,8 faiz icra edilib.
Sosial sığorta fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 104,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 110,7 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Sahibkarlara verilmiş kreditlər yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, xüsusilə fərdi sahibkarlığın inkişafına sərf olunub. Hesabat dövründə Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 3 publik hüquqi şəxs, 7 kommersiya hüquqi şəxs və 3 qeyri-kommersiya hüquqi şəxs, həmçinin yerli vergi orqanları tərəfindən 274 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 75,2 faizi muxtar respublika rayonlarının payına düşüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR