03 Aprel 2020, Cümə

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi ilbəil daha da genişləndirilir. Bu sahədə həyata keçirilən tədbirlər 2020-ci ildə də diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən cari ilin fevral ayında 17 kilometr yeni suvarma xətti çəkilib, 240 metr yeni açıq drenaj kanalı qazılıb, 1,5 kilometr təzyiqli boru xətti təmir edilib, 37 kilometr beton və torpaq kanal, həmçinin 14 kilometr ara arxlar lildən təmizlənib. Bundan əlavə, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 590 metr istiqamətləndirici bənd salınıb.

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 17,3 kilometr suvarma boru xətti quraşdırılıb, 85 hidrant hovuzu tikilib. Bununla yanaşı, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.
Kəhrizlərin və subartezian quyularının istismara yararlılığı diqqətdə saxlanılıb, 5 kəhrizdə və 35 subartezian quyusunda təmir işləri davam etdirilib, 1 yeni subartezian quyusu tikilərək balansa alınıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR