06 Aprel 2020, Bazar ertəsi

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən fevral ayında 17 kilometr yeni suvarma xətti çəkilmiş, 240 metr yeni açıq drenaj kanalı qazılmışdır. 1,5 kilometr təzyiqli boru xətti təmir edilmiş, 37 kilometr beton və torpaq kanal, həmçinin 14 kilometr ara arxlar lildən təmizlənmişdir. Eyni zamanda nasos stansiyalarının təzyiqli boru xətlərində təmir işləri davam etdirilmiş, suvarma mövsümünə hazır vəziyyətə gətirilmişdir. Bu dövrdə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 590 metr istiqamətləndirici bənd salınmışdır.

Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan ərazilərin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndində 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 17,3 kilometr suvarma boru xətti quraşdırılmış, 85 hidrant hovuzu tikilmişdir. Bununla bərabər Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmışdır.
Kəhrizlərin və subartezian quyularının istismara yararlılığı diqqətdə saxlanılmış, 5 kəhrizdə və 35 subartezian quyusunda təmir işləri davam etdirilmiş, 1 yeni subartezian quyusu tikilərək balansa alınmışdır. Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Şərur rayonunun Cəlilkəndində 1674 metr su xətti, Babək rayonunun Nehrəm və Araz kəndlərində 6451 metr su və 2764 metr kanalizasiya xətti ­çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR