19 Sentyabr 2020, Şənbə

Martın 19-da Culfa şəhərində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov çıxış edərək bildirib ki, muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri davamlı xarakter alıb. Digər bölgələrimiz kimi Culfa rayonuna da bu quruculuq işlərindən pay düşüb. Görülən işlərin nəticəsidir ki, rayonun kənd yaşayış məntəqələri ilə yanaşı, Culfa şəhəri də xeyli gözəlləşib, mühüm infrastruktur layihələri həyata keçirilib. Yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi də görülən işlərin davamı olmaqla bərabər, həm də şəhərin abadlığına, yeni iş yerlərinin yaradılmasına töhfədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov işçilərə uğurlar arzulayıb, yaradılan şəraitlə tanış olub.

Culfa rayon İcra Hakmiyyətinin başçısı Siyam Hacıyev yaradılmış şəraitə görə sakinlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, yanacaqdoldurma məntəqəsinin ümumi ərazisi 7200 kvadratmetrdir. Burada iki inzibati bina, mağaza və kafe yerləşir. Ərazidə 1-i təbii qaz olmaqla 5 yanacaq çəni və su hovuzu vardır. Məntəqədə yanğın təhlükəsizliyi tədbirləri görülüb, ildırımötürücü, video-nəzarət sistemi quraşdırılıb, 1 hektar meyvə bağı salınıb.

"Şərq qapısı"

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR