07 Aprel 2020, Çərşənbə axşamı

Şahbuz şəhərində yeni çoxmərtəbəli yaşayış binası inşa olunur. Əsas tikinti işləri yekunlaşan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq.

 40 mənzilli binada evlərin 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 83 və 90, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 70 kvadratmetrdir. Binanın zirzəmisində müxtəlif xidmət sahələri və mağazalar fəaliyyət göstərəcək.

Yaşayış binasında işlər başa çatdıqdan sonra gənc ailələr ipoteka kreditindən yararlanaraq burada mənzil sahibi ola biləcəklər.

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR