27 May 2020, Çərşənbə

Muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin tikilməsi, suvarılan ərazilərin şoranlaşmasının qarşısının alınması və əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi üçün tədbirlər diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mart ayında 10 kilometr yeni suvarma xətti çəkilmiş, 5 kilometr təzyiqli boru xətti təmir edilmiş, 25 kilometr beton və torpaq kanal, 22 kilometr arxlar lildən təmizlənmişdir. 5 kəhrizdə və 39 subartezian quyusunda təmir işləri davam etdirilmiş,1 yeni subartezian quyusu tikilərək balansa götürülmüşdür.

Bu dövrdə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 710 metr istiqamətləndirici bənd salınmışdır. Həmçinin 38 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkilərinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 isə Şahbuz rayonunun Türkeş kəndi ərazisində270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, Böyükdüz kənd ərazisində 13 kilometr boru xətti quraşdırılmış, 9,5 kilometr suvarma xətti çəkilmiş, 100 hidrant hovuzu tikilmişdir. Türkeş kənd ərazisində isə 4 kilometr yeni suvarma xətti quraşdırılmışdır.
Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Babək rayonunun Nehrəm və Araz kəndlərində 4 kilometr su və 2 kilometr kanalizasiya xətti çəkilmişdir. Həmçinin Sədərək rayonunda layihənin icrası istiqamətində işlərə başlanılmış və 3 kilometr içməli su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR