27 May 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Şahbuz rayonunda torpaq sahələrinin plana alınması başa çatdırılıb.

Planaalma işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturları yüksəkdəqiqlikli geodeziya avadanlıqları vasitəsilə dəqiqləşdirilib.Plana alınmış 8 min 6 yüzdən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunaraq uyğunsuzluqların aradan qaldırılmasına başlanılıb.
Qeyd edək ki, 2016-cı ildən başlanılan planaalma işləri Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarında da tam yekunlaşdırılıb. Hazırda isə Sədərək rayonunda davam etdirilir. Naxçıvan şəhəri, Babək, Ordubad və Culfa rayonları üzrə dürüstləşdirilmiş məlumatlar yeni xəritələrin üzərinə köçürülərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR