22 Sentyabr 2020, Çərşənbə axşamı

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2020-ci ilin aprel ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Torpaqların elektron uçotunun aparılması məqsədilə Sədərək rayonunun Sədərək kəndində planaalma işləri davam etdirilmiş, ay ərzində 1071 daşınmaz əmlak obyekti plana alınmışdır. 13 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Şərur rayonunun Kosacan, Xanlıqlar, Ələkli, Çəmənli, Dərvişlər və Siyaqut bələdiyyələrinin torpaqların qida maddələri ilə təmin­olunma kartoqramları yenilənərək aidiyyəti üzrə təqdim edilmişdir.
Aprel ayında 395 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 333 texniki sənəd hazırlanmış, yeni yaranmış 19 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 83 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. 20 vətəndaşa elektron xidmətlər göstərilmişdir.
Naxçıvan Dövlət Universitetinin xidmətin hamiliyinə verilmiş ixtisaslarında təhsil alan tələbələrlə onlayn görüş olmuş, tələbələrə “Layihələrin idarə edilməsi” mövzusunda onlayn təlim-məşğələ keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR