04 İyun 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aprel ayında nəzərdə tutulan tədbirlər vaxtında yerinə yetirilmişdir.
Suvarma mövsümünün mütəşəkkil keçirilməsi məqsədilə sututarlarına suvarma suyunun doldurulması davam etdirilmişdir. Hazırda su anbarlarında 191 milyon kubmetrə yaxın su ehtiyatı vardır. Bu dövrdə su istifadəçilərinə 36,8 milyon kubmetr su verilmiş, bunun müqabilində 30 min 830 hektar torpaq sahəsi suvarılmışdır. 3 kilometr suvarma və 9 kilometr təzyiqli boru xətti təmir edilmiş, 31 kilometr beton və torpaq kanal, 21,5 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənmişdir. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 1 kilometr istiqamətləndirici bənd salınmışdır. Həmçinin 46,8 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. 5 kəhrizdə və 56 subartezian quyusunda təmir işləri davam etdirilmiş, 1 yeni subartezian quyusu qazılmış, 3 subartezian quyusunun bərpası başa çatdırılmışdır.

Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 700 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, Böyükdüz kəndi ərazisində 3 kilometr suvarma xətti çəkilmiş, 142 supaylayıcı hovuz hazırlanmış, 45 supaylayıcı hovuz isə quraşdırılmışdır. Türkeş kəndi ərazisində isə ana xətt üçün 1 kilometr metal boru qaynaq olunmuş, paylayıcı xətt üçün 5 kilometr müxtəlif diametrli plastik boru quraşdırılmışdır.
Yaşıllıq ərazilərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Şahbuz rayonunda 200 metr yeni arx çəkilmiş, həmçinin Külüs kəndi ərazisində yeni nasos stansiyasının tikintisi və təzyiqli boru xəttinin quraşdırılması işləri davam etdirilmişdir.
Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Babək rayonunun Nehrəm və Araz kəndlərində 5,7 kilometr su və 3 kilometr uzunluğunda kanalizasiya, Sədərək rayonunda 6,7 kilometr su, 710 metr uzunluğunda kanalizasiya, Kəngərli rayonunda isə 2,1 kilometr uzunluğunda su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR