03 İyun 2020, Çərşənbə

Muxtar respublikada rabitə sisteminin inkişafı diqqət mərkəzində saxlanılır, yeni texnologiyalar tətbiq olunmaqla xidmətin səviyyəsi ilbəil daha da yüksəldilir.
Görülən məqsədyönlü işlər poçt sahəsini də əhatə edir. Belə ki, muxtar respublikanın poçt şəbəkəsinin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılır, kəndlərdə yeni poçt bölmələri yaradılır və lazımi avadanlıqlarla təmin edilir. Həmçinin yüksəkkeyfiyyətli televiziya və radio yayımlarının təşkilinə də xüsusi diqqət yetirilir, IP televiziya kanallarının keyfiyyətini yaxşılaşdırmaq üçün müasir dövrün tələblərinə uyğun ötürücü qurğular quraşdırılaraq istismara verilir. Eləcə də genişzolaqlı və sürətli internet şəbəkəsinin yaradılması muxtar respublikada internet istifadəçilərinin sayının günbəgün daha da çoxalmasına səbəb olur. Ümumilikdə, istər şəhər, istərsə də kənd yaşayış məntəqələrinin rabitə və informasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər insanların bu xidmətlərdən səmərəli istifadəsinə geniş imkanlar açır.

Rabitə xidmətinin müasir dövrün tələbləri səviyyəsində qurulması üçün görülən tədbirlər cari ildə də diqqətdə saxlanılıb. Belə ki, 2020-ci ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı üçün 1 poçt bölməsi yeni bina ilə təmin olunub, 1 avtomat telefon stansiyası quraşdırılıb. Həmin dövrdə Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün bina istifadəyə verilib. Bundan başqa, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilib, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda rabitə evinin tikintisinə başlanılıb.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində cari ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək 13 milyon 380 min 100 manat olub. Ümumi xidmətlərin 80,2 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artıb.

Xəbərlər şöbəsi

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR