23 Sentyabr 2020, Çərşənbə

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayonlarından aprel ayı ərzində daxil olan müraciətlərə əsasən cəmi 141 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 137-si əhali, 4-ü isə qeyri-əhali abonentdir.

Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 may 2020-ci il tarixə cəmi 20 min 167, o cümlədən cari ilin aprel ayında 73 qaz sayğacı quraşdırılmışdır.
Ötən ay Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəza-dispetçer sahələrinin 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaz tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə 906 çağırış daxil olmuşdur. Hesabat dövründə muxtar respublika qaz şəbəkəsində 625 qaz sızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq aradan qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasında ötən ay yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin də görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq polietilen və dəmir borulardan istifadə olunmuşdur.
Muxtar respublikada qaz istismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR