02 İyun 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə muxtar respublikanın hərtərəfli inkişafına yönəlib.

Dövlət Proqramında nəzərdə tutulan bəndlərin icrası 2020-ci ilin yanvar-mart aylarında diqqətdə saxlanılıb, sahibkarlıq subyektlərinin ixrac fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər görülüb, muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə ailə təsərrüfatı məhsullarının göndərilməsi və 4 ixrac əməliyyatı üzrə 7 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib.

Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən kiçik və orta sahibkarlara 4 milyon 853 min 500 manat həcmində kreditlər verilib. Özəl investisiya fəallığının artırılması və investisiyaların cəlb edilməsi istiqamətində təşviq tədbirləri davam etdirilib, 1 layihə üzrə 92 min 911 manat dəyərində təsdiqedici sənəd verilib. Müxtəlif ölkələrin nümayəndələri ilə keçirilmiş 3 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 4 sahibkarlıq subyektinin 17 nümayəndəsinin iştirakı təmin olunub.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR