01 İyun 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri toplu şəklində nəşr olunub.

Yüksək poliqrafik göstəricilərlə nəşr olunan toplu ümumilikdə 31 xəritədən ibarətdir.

Xəritələr üzərində ərazilərin su təminatının yaxşılaşdırılması məqsədi ilə çəkilmiş suvarma xətləri, yeraltı və yerüstü kanallar, eləcə də çaylar, göllər, su anbarları və digər hidroqrafiya elementləri şərti işarələrlə əks olunub. Nasos stansiyaları, drenaj xətləri qeyd edilib, şəhər və rayonlar üzrə suvarılan, qapalı suvarma şəbəkəsi qurulmuş və qapalı suvarma şəbəkəsinin tikintisi aparılan torpaq sahələri göstərilib.

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə

Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR