04 İyun 2020, Cümə axşamı

Muxtar respublika iqtisadiyyatında mühüm sahələrdən biri olan əkinçilik məhsulları istehsalında Kəngərli rayonunun özünəməxsus payı var. Torpaq mülkiyyətçiləri hərtərəfli dövlət qayğısından səmərəli istifadə edərək daxili bazarın qorunmasında səy və bacarıqlarını əsirgəmir, qazandıqları uğurları ildən-ilə artırırlar.

Rayonda taxıl, kartof, dənli-paxlalı bitkilər, tərəvəz və bostan məhsulları əkinçiliyin əsas sahələri hesab olunur. Bölgənin torpaq mülkiyyətçiləri hər il bu sahələrdən xeyli gəlir əldə edir, yaşayış səviyyələrini yüksəldirlər. Cari ildə də yazın ilk günlərindən sahələrə çıxaraq əkin mövsümünü optimal müddətdə başa vurmağa çalışan zəhmətkeşlər az deyil.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu günədək 275 hektarda şum qaldırılıb, 265 hektarda yazlıq əkinlər keçirilib. Bunun 50 hektarını yazlıq arpa, 8 hektarını kartof, 5 hektarını tərəvəz, 1 hektarını paxlalılar, 8 hektarını isə bostan bitkiləri təşkil edir. Əkinçiliyin digər sahələri də diqqət mərkəzində saxlanılıb. Belə ki, 75 hektarda qarğıdalı, 8 hektarda günəbaxan, 23 hektarda tütün, 87 hektarda isə təzə yonca əkilib. Eyni zamanda payızda əkilmiş taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılır.
Yaz əkinlərinin davam etdirildiyi rayonda torpaq mülkiyyətçiləri mövsümü uğurla başa vurmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.

Babək İSMAYILOV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR