08 İyul 2020, Çərşənbə

Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatında quş əti məhsulları və yumurta istehsalı üzrə ixtisaslaşmış müəssisələrin böyük payı var. Belə ki, əhalinin belə ərzaq məhullarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
Muxtar respublikada quşçuluq təsərrüfatı üzrə ixtisaslaşmış istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə quş əti və yumurta ilə yanaşı, damazlıq yumurta və cücə istehsalı sahələri də fəaliyyət göstərir.

Cari ilin fevral ayında ailə və fərdi təsərrüfatların damazlıq yumurta və cücəyə olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən “Serebrist” sort damazlıq yumurta gətirilərək xüsusi nəzarət altında inkubatora yerləşdirilmiş, ətlik və yumurtalıq damazlıq cücə çıxarılaraq satılmışdır.
“Araz-3” MMC-də ətlik, yumurtalıq “Serebrist” və digər sort cücələrin satışı həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, yumurtalıq sort cücələr il ərzində 330 yumurta verə bilir. Ətlik broyler cücələrin isə çəkisini 45 gün ərzində 2 kiloqrama qədər artırmaq mümkündür.
Hazırda müəssisədə 15 min “Serebrist” sort damazlıq yumurta inkubatora qoyulmuş, cücələrin inkubatordan çıxımı davam edir. Müəssisə tərəfindən istehsal olunan cücələrin muxtar respublikanın rayon və kənd mərkəzlərində satışı həyata keçirilir.
Ailə təsərrüfatları və sahibkarlıq subyektləri “Serebrist” damazlıq cücələrin alışı ilə bağlı “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (036) 554-21-20

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR