03 İyul 2020, Cümə

Muxtar respublikada bu ilin ötən 5 ayı ərzində iqtisadiyyatın bütün sahələrində dövlət texniki və maliyyə dəstəyi ilə 71 istehsal və xidmət sahəsi istifadəyə verilib, 35 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2020-ci ilin ötən dövrü ərzində muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 49 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 6 milyon 879 min manatdan çox kredit vəsaiti verilib.

Həmçinin ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 ailə təsərrüfatına 226 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR