24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada bütün sahələr kimi, nəqliyyat sektoru da ildən-ilə yenilənir, müasirləşir, təkmilləşir. Ötən il də nəqliyyat-yol infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması, nəqliyyat-yol kompleksinə daxil olan qurumların fəaliyyətinin tənzimlənməsi və səmərəliliyinin artırılması məqsədilə bir sıra işlər görülmüşdür.
Muxtar respublika rəhbərinin qayğısı ilə nəqliyyatın dinamik inkişafı təmin edilmişdir. Bu qayğının nəticəsidir ki, son illər şəhərdaxili sərnişindaşımanı daha da yaxşılaşdırmaq üçün iritutumlu, beynəlxalq standartlara uyğun avtobuslar alınıb gətirilmiş, şəhərdaxili marşrutlar, eləcə də Naxçıvan-Bakı-Naxçıvan marşrutu yeni avtobuslarla təmin edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də muxtar respublika daxilində yeni marşrutların açılması diqqət mərkəzində saxlanılmışdır. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ötən il Naxçıvan-Gülşənabad, Naxçıvan-Culfa gömrük məntəqəsi, Naxçıvan-Güney Qışlaq, Ordubad rayonu daxilində Vələver-Ordubad, Dəstə-Ordubad, Dırnıs-Culfa gömrük məntəqəsi, Şərur rayonu daxilində Xələc-Şərur, Kürçülü-Şərur, Çəmənli-Şərur və digər marşrut xətləri fəaliyyətə başlamışdır.
Hazırda Naxçıvan şəhərindən qardaş Türkiyə Respublikasının İstanbul, Trabzon, Bursa və digər bu kimi iri şəhərlərinə avtobus mar­şrutları fəaliyyət göstərir. Ötən ilin ikinci yarısından sonra Naxçıvan şəhərindən İran İslam Respublikasının Urmiya şəhərinə yeni marşrut xətti açılmışdır.

2012-ci ildə Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə göstərilən yüksək qayğının daha bir təzahürü ölkə başçısı cənab İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Naxçıvan-Culfa magistral yolunun istifadəyə verilməsidir. Yükdaşımaların həcminin artmasına geniş imkanlar yaradan bu yol Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirməklə yanaşı, həm də İpək Yolunun bir hissəsini təşkil edir. 
Nəqliyyat-yol kompleksinə daxil olan qurumların hər birində mühüm yeniliklər özünü göstərməkdədir. Muxtar respublikada dəmir yolu nəqliyyatının gələcək perspektivləri nəzərə alınaraq bu sahənin yenilənməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən il teplovozlar 21 dəfə, elektrovozlar 29 dəfə texniki baxışdan keçirilmiş, teplovozlarda 4 dəfə, elektrovozlarda isə 14 dəfə cari təmir işləri aparılmışdır. Yük və Sərnişin Daşımaları İdarəsində 173 ədəd vaqonda cari, 4 sərnişin vaqonunda isə depo təmiri işləri həyata keçirilmişdir.
Qarabörk-Naxçıvan mənzilinin 448-ci kilometrliyində müasir tələblərə uyğun dəmiryol keçidi salınmışdır. 2012-ci ildə Rusiyadan 15 min ədəd ağac-şpal alınıb gətirilmiş, yol sahəsinin təmiri məqsədilə 10 min 883 ədəd yeni ağac-şpal işlədilmişdir. Yol sahəsində 3 ədəd 25 metrlik R-50 tipli qüsurlu rels yarımyararlı relslə əvəz olunmuşdur. Bundan başqa, Culfa stansiyasında baş yolda yararsız yoldəyişdirici tirlər 154 ədəd yeni keçirici tirlə əvəzlənmişdir.
Hazırda Texniki-İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad stansiyası idarəetmə mərkəzinin və transformator yarımstansiyası binasının, Culfa stansiyasındakı 52 nömrəli dartı yarımstansiyasının əsaslı təmiri işləri aparılır, İnfrastruktur İdarəsinin Ordubad yol sahəsindəki inzibati binasının, Yük və Sərnişin Daşımaları İdarəsinin Naxçıvan stansiyasındakı yanacaq anbarının qaraj binasının tikintisi davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanında da yeni texniki avadanlıqlar quraşdırılmışdır. Hava limanında yeni nəzarət-müşahidə postu istifadəyə verilmişdir. Təhlükəsizlik xidməti əməkdaşlarının biliklərinin artırılması üçün mütəmadi təlimlər keçirilmişdir. Hava limanı ərazisinə tam nəzarət olunması məqsədilə burada əlavə təhlükəsizlik kameraları quraşdırılmışdır. Bundan əlavə, hava gəmilərini bir yerdən başqa bir yerə yedəkləmək üçün yedəkçi aqreqat alınmış, işçilərin bir qismi yedəkləmənin qaydaları haqda kurs keçmişdir.
Avtomobil nəqliyyatının intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol infrastrukturunun yenidən qurulması, istismar müddəti bitmiş yolların təmiri daim diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikamızda rayon mərkəzləri ilə yanaşı, kəndlərin də avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır.
Ordubad rayonunun Biləv-Tivi avtomobil yolunun yol yatağı genişləndirilmiş, Biləv-Parağa avtomobil yolu boyunca istinad divarlarının və mənfəzlərin tikintisi aparılmışdır. Şərur rayonunun Kürkənd, Yuxarı Daşarx, Cəlilkənd, Aralıq, Çərçiboğan, Dərvişlər, Şahbulaq kəndlərindəki və Şərur-Xanlıqlar, Dizə-Gümüşlü, Axura-Həmzəli, Axura-Havuş avtomobil yollarında əsaslı təmir işləri aparılmışdır.
Nəqliyyat-yol kompleksi sahəsinə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, kompleksin əhatə etdiyi bütün qurumlara yeni maşın və mexanizmlər alınıb gətirilir. Sadalanan tədbirlərin həyata keçirilməsi muxtar respublikada yük və sərnişindaşıma xidmətinin yüksək səviyyədə qurulmasına, region iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir göstərmiş, habelə bu sahədə yeni-yeni uğurların əldə olunmasına şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3059825
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2758
4261
2758
111156
3059825

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter