04 Avqust 2020, Çərşənbə axşamı

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalında davamlı artımı təmin etmişdir.

Torpaqların faydalı istifadəsinin və su təminatının yaxşılaşdırılması istiqamətində meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, təkcə 2019-cu ildə Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 176,4 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 343 hektar torpaq sahələrində yeni qapalı suvarma şəbəkələrinin, Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının tikintisi başa çatdırılmışdır. Bundan əlavə, cari ilin ötən dövründə Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılmış və əkin dövriyyəsinə daxil edilmişdir.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2020-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 63 min 405 hektar təşkil etmişdir ki, bu da 2019-cu illə müqayisədə 435 hektar çoxdur.

Muxtar respublikada qəti əkinin dinamikası, hektar

Ümumi əkin sahəsinin 36099 hektarını və ya 56,9 faizini payızlıq əkin, 23142,4 hektarını və ya 36,5 faizini yazlıq əkin, 4163,6 hektarını və ya 6,6 faizini əvvəlki illərin çoxillik otları təşkil edib.
2020-ci ilin məhsulu üçün qeydə alınmış əkin sahəsinin 37825 hektarını və ya 59,7 faizini dənli və dənli-paxlalılar (qarğıdalısız), 1549 hektarını və ya 2,4 faizini dən üçün qarğıdalı, 158 hektarını və ya 0,2 faizini dən üçün günəbaxan, 45,1 hektarını və ya 0,1 faizini tütün, 3241 hektarını və ya 5,1 faizini kartof, 5449 hektarını və ya 8,6 faizini tərəvəz, 2266 hektarını və ya 3,6 faizini bostan bitkiləri, 8708,3 hektarını və ya 13,7 faizini cari ilin çoxillik və birillik otları, 4163,6 hektarını və ya 6,6 faizini isə əvvəlki illərin çoxillik otları təşkil edib.

2020-ci ilin məhsulu üçün əkin sahələrinin strukturu

Ümumi əkin sahəsinin 2095 hektarı və ya 3,3 faizi Naxçıvan şəhərinin, 17115 hektarı və ya 27,0 faizi Şərur, 16172 hektarı və ya 25,5 faizi Babək, 3937 hektarı və ya 6,2 faizi Ordubad, 8213 hektarı və ya 12,9 faizi Culfa, 9567 hektarı və ya 15,1 faizi Kəngərli, 2659 hektarı və ya 4,2 faizi Şahbuz, 3647 hektarı və ya 5,8 faizi Sədərək rayonlarının payına düşüb.
Aqrar sahədə nəzərdə tutulan xidməti işlərin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların müasir texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 177-si 2020-ci ilin yanvar-may aylarında olmaqla, cəmi 2916 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2020-ci ilin 5 ayında 133 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 4 ədədi nağd yolla satılmışdır.
Muxtar respublikada keyfiyyətli toxum istehsalının yaradılması diqqətdə saxlanılmış, cari ilin ötən dövründə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulmuşdur. Cəmiyyətin istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi mövcuddur ki, bütün bunlar keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə geniş imkanlar yaratmaqdadır.
Cari ilin ilk beş ayında müasir meliorasiya və irriqasiya sistemlərinin yaradılması istiqamətində Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının, Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində və Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilmişdir.
Bitkiçilik sahəsində görülən işlərin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Ərzaq təhlükəsizliyinin təmin olunması üçün, ilk növbədə, şərait yaradılmalı, torpaqlardan səmərəli istifadə olunmalı, texnika və toxum təminatı həyata keçirilməlidir”.
Torpaq sahələrinin əkin dövriyyəsinə qatılması prosesinin uğurla davam etdirilməsi tələbatın yerli məhsullar hesabına ödənilməsinə, səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik və davamlı inkişafına yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR