04 Avqust 2020, Çərşənbə axşamı

Culfa Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, cari ilin 5 ayı ərzində 141 yeni telefon xətti çəkilib, 489 ünvan genişzolaqlı internet xidməti ilə təmin olunub. Bundan başqa, ayrı-ayrı küçələrdən keçən xətlərdə yaranan nasazlıqlar aradan qaldırılıb.

Məlumatda o da qeyd olunur ki, Culfa şəhərinin Məmməd Əsgərov küçəsindəki 2736 və 42 saylı 3 mərtəbəli binalarda aparılan əsaslı təmirlə əlaqədar xətt təsərrüfatı yenilənib. Hazırda rayonun Camaldın kəndində inşa olunan sosial obyektlərin xətt təsərrüfatının müasir tələblər səviyyəsində qurulması üçün işlər həyata keçirilir.
Qeyd edək ki, 1 iyun 2020-ci il tarixə olan məlumata görə, Culfa şəhərində biri inzibati binada olmaqla, 3 ATS istismar olunur, rayon üzrə isə, ümumilikdə, 28 avtomat telefon stansiyası fəaliyyət göstərir. Telefon abunəçilərinin sayı 6938, internet xidmətlərindən istifadə edənlər isə 3960 nəfərdir.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR