22 Sentyabr 2020, Çərşənbə axşamı

2020-ci ilin ilk yarım ilində məcburi dövlət sosial sığorta haqları üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına 55 milyon 288 min 900 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 7 milyon 973 min 900 manat və ya 16,9 faiz çoxdur.

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, məcburi dövlət sosial sığorta haqlarının 40 milyon 191 min 810 manatı büdcə təşkilatlarından, 15 milyon 97 min 90 manatı isə qeyri-büdcə sektorundan daxil olub. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 61,2 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində yığılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 fevral tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən muxtar respublika üzrə 48 min 500 nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının sığorta hissəsi 16,6 faiz artırılıb. Həmçinin fərdi uçot sistemində qeydiyyatda olan 177 min 614 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin yanvar ayının 1-dən indeksləşdirilərək 2,6 faiz artırılması elektron qaydada həyata keçirilib.

“1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli Sərəncamına müvafiq olaraq muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara, ümumilikdə, 466 min 500 manat vəsait ödənilib.

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR