19 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi Əli Hüseynəliyev açaraq məruzə edib.
Bildirilib ki, şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün Çin Xalq Respublikasının istehsalı olan 6 ədəd “King-Long” markalı yeni avtobus və onlara aid ehtiyat hissələri alınaraq gətirilib, iyunun ­ 22-də avtobusların təqdimatı ke­çirilib. 2019-cu ilin yanvar ayından etibarən Naxçıvan şəhərinin Xətai və 21-ci məhəllə sakinlərinin ictimai nəqliyyata olan tələbatını asanlaşdırmaq məqsədilə 9 nömrəli marşrut fəaliyyətə başlayıb, iyun ayının 1-dən etibarən isə şəhərdaxili nəqliyyatda 10 nömrəli marşrut xətti istifadəyə verilib. Bu da əhalinin yeni salınmış Sahil Parkına rahat gediş-gəlişini təmin etmək üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Babək şəhər əhalisinin mənzilbaşına rahat və təhlükəsiz çatdırılmasını təmin etmək məqsədilə şəhərdaxili nəqliyyatda fəaliyyət göstərən 6 nömrəli marşrut xətti Babək şəhərinədək uzadılıb.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublikada, ümumilikdə, 496 taksi sərnişindaşıma xidməti göstərir. Bununla yanaşı, fəaliyyətdə olan 135 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin olunub. Həmçinin Ağbulaq İstirahət Mərkəzinə və Duzdağ Fizioterapiya Mərkəzinə salınmış marşrutlar öz işini davam etdirib, Uzunoba gölündəki çimərliyə iyunun 15-dən başlayaraq marşrut işləməsi təmin olunub. Hazırda nəqliyyat idarəsinin balansında sərnişindaşıma ilə məşğul olan 74 avtobus və 23 taksi minik avtomobili vardır ki, onlar da muxtar respublika sakinlərinə nümunəvi sərnişindaşıma xidməti göstərirlər.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR