20 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin avqust ayında da uğurla davam etdirilib.
Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ay ərzində muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 193 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Bunlarla yanaşı, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilib, istismar olunan zaman sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.

Əhalinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması daim diqqət mərkəzində saxlanılıb, ay ərzində 521 abonent internetlə təmin olunub, “Evədək optika” layihəsi çərçivəsində 4 fərdi mənzilə fiber-optik xətt çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin internet xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində müvafiq təhlillər aparılıb, müraciətlərinə uyğun olaraq əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodik köməkliklər göstərilib, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində zəruri texniki tədbirlər görülüb.
Nazirlik tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılıb, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara, ümumilikdə, 119 qrup olmaqla, 308 dinləyici cəlb edilib.
Qeyd olunlarla yanaşı, 12 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrasına uyğun olaraq mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəliftutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması, habelə rabitə mütəxəssislərinin mövsümə uyğun geyim və zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR