01 Noyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktik mühasibatlıq” adlı 3 günlük təkmilləşdirici təlimə start verilib.

Təlimi giriş sözü ilə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq mövzuların aktuallığı və mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. Mərkəzin direktoru, kommersiya təşkilatlarında tətbiq olunan memorial order formalarının mahiyyətini açıqlayıb, debet və kredit üzrə dövriyyələrə uyğun olaraq tərtib edilən yığım cədvəlləri, “Baş kitab” və dövriyyə balansı haqqında slaydlar vasitəsilə məlumat verib.
Təlimin ikinci günündə Maliyyə Nazirliyinin Dövlət aparatının və Hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Pərvin Cümşüdova maliyyə hesabatının məqsədi, elementləri, maliyyə bərabərliyinin mahiyyəti, ikili yazılış və maliyyə hesabatları formalarının hazırlanması mərhələləri ətraflı izah olunub.
Növbəti gün Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri Elvin Əlimərdanov məzuniyyətin növləri və müddətləri haqqında məlumat verərək məzuniyyət vaxtı üçün əməkhaqqının ödənilməsi qaydalarına aydınlıq gətirəcək.
Təlimin sonunda iştirakçılara mərkəzin sertifikatları təqdim olunacaq.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR