22 Oktyabr 2020, Cümə axşamı

Tikinti-quruculuq və abadlıq tədbirləri muxtar respublika həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Quruculuq tədbirlərindən Azərbaycanın incisi sayılan Ordubad rayonuna da xeyli pay düşüb.

Cari ildə də rayonda tikinti-quruculuq tədbirləri geniş vüsət alıb. Belə ki, Ordubad şəhərinin daxili avtomobil yolu yenidən qurulur, asfalt örtüyü salınır, mövcud piyada səkiləri bərpa edilir, ətraf abadlaşdırılır, elektrik dirəkləri, su, kanalizasiya, elektrik və rabitə xətləri yenilənir. Rayonda tarixi-mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğinə yönəldilən tədbirlər də diqqətdə saxlanılıb. Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası da həmin tədbirlərin davamıdır. Sahəsi 890 kvadratmetr olan məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Məscidin həyətində abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemi yaradılacaq. Milli-memarlıq elementlərindən istifadə edilməklə qədim məscidin tarixiliyi qorunub saxlanılacaq, eyni zamanda müasir görkəm veriləcək.

Abbas SEYİD

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR