21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən kollegiya iclası keçirilib. İclası giriş sözü ilə nəqliyyat naziri Mirsənani Seyidov açaraq məruzə edib.
Nazir bildirib ki, İran İslam Respublikasının “Ədl Seyr İranian” nəqliyyat şirkəti ilə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi arasında bağlanan müqaviləyə əsasən, Naxçıvan-Urmiya-Naxçıvan marşrutu 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Bu marşrutun açılması Şərur və Kəngərli rayonlarının əhalisinin həmin marşrutdan rahat istifadə etməsinə imkan yaradıb. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobus marşrutunun Naxçıvan əhalisi üçün xüsusi əhəmiyyətini nəzərə alan nazirlik bu marşrutun fəaliyyətini diqqət mərkəzində saxlayır. Həmin marşrut üzrə işləyən TEMSA markalı avtobuslar cari təmir edilib, bəzi hissələri dəyişdirilərək işlək vəziyyətə gətirilib.
Ötən il bu avtobuslarla Naxçıvandan Bakıya 64277 nəfər, Bakıdan Naxçıvana isə 40457 nəfər sərnişin daşınıb. 299 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilib, 514 nəqliyyat vasitəsinə lisenziya kartları verilib. Bu müddət ərzində vergiyə cəlb olunan 13231 avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilib. Fərqlənmə nişanı verilən avtonəqliyyat vasitələri tərəfindən 221580,50 manat vergi ödənilib. Lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunan 47037,60 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya haqqı olaraq toplanan 44850 manat vəsait isə büdcəyə köçürülüb.

Mirsənani Seyidov bildirib ki, vergini vaxtında ödəməyən, “Fərqlənmə nişanı” almayan, vaxtında texniki müayinədən keçməyən avtonəqliyyat vasitələrinin sahibləri haqqında tədbirlər görülüb. Reyd zamanı qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən 341 avtonəqliyyat vasitəsi aşkar edilib. Bu avtonəqliyyat vasitələrinin sahibləri ilə aparılmış profilaktik işin nəticəsində 299 nəfər yükdaşıma və sərnişindaşıma fəaliyyətinə icazə verilməsi üçün lisenziyaya cəlb olunub.
Bəhs olunan dövrdə əlavə avtobuslara ehtiyac olan xətlərə yeni avtobuslar salınıb. Naxçıvan-Gülşənabad, Naxçıvan-Culfa gömrük məntəqəsi, Culfa-Naxçıvan, Göydərə-Naxçıvan, Culfa-Yaycı, Kərimbəyli-Naxçıvan, Güney Qışlaq-Naxçıvan, Naxçıvan-Nehrəm, rayondaxili marşrutlardan isə Vələver-Ordubad, Dəstə-Ordubad, Dırnıs-Culfa gömrük məntəqəsi, Xələc-Şərur, Kürçülü-Şərur, Çəmənli-Şərur istiqamətlərində yeni marşrut xətləri fəaliyyətə başlayıb.
Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi tərəfindən 2012-ci il ərzində müqavilə xidmət haqqından 633439 manat vəsait toplanaraq idarənin hesabına köçürülüb.
Bildirilib ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində ötən il ərzində 5418 vaqon – 323970 ton yük daşınıb və 441760,90 manat vəsait daxil olub. 2011-ci illə müqayisədə 2012-ci ildə yük daşınması 405 vaqon – 25528 ton, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülən daşıma xərci isə 2105,05 manat artıb. 2012-ci il ərzində 121894 nəfər sərnişin daşınaraq 34690,40 manat gəlir əldə edilib.
Naxçıvan Beynəlxalq Hava Limanında da ötən il ərzində bir sıra mühüm tədbirlər həyata keçirilib, yeni texnikalar alınıb gətirilib, sərnişinlərə xidmətin səviyyəsi yüksəldilib. Bu müddət ərzində Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən Naxçıvan-Bakı mar­şrutu üzrə 234821 nəfər sərnişin istifadə edib. Onlardan 18263 nəfəri 5 yaşınadək, 12562 nəfəri 5 yaşından 12 yaşınadək uşaqlar, 203996 nəfəri isə böyüklər olub. 2012-ci il ərzində Naxçıvan Beynəlxalq Hava Limanında 3919171 kiloqram yük daşınıb ki, onun da 11587 kiloqramı ödənişli, 3907584 kiloqramı isə ödənişsiz yüklərdir.
Qeyd olunan dövrdə Naxçıvan-Moskva reysi ilə 5173 nəfər, Naxçıvan-Gəncə reysi ilə 8100 nəfər, Naxçıvan-İstanbul reysi ilə 4178 nəfər, Naxçıvan-Zaqatala reysi ilə isə 563 nəfər sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti tərəfindən avtomobil nəqliyyatının intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol infrastrukturunun yenidən qurulması, istismar müddəti keçmiş yolların təmiri diqqət mərkəzində saxlanılıb.
Sonra məruzə ətrafında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin çıxışları olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3300064
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3886
4291
11832
84710
3300064

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter