16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində 2012-ci ilin yekunlarına dair iclas keçirilmişdir. İclasda agentliyin direktoru Qardaşxan Əliyev çıxış edərək bildirmişdir ki, agentlik dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət, aşkarlıq və şəffaflıq prinsipini təmin etmək, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaratmaq, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanı təkmilləşdirmək, satınalan təşkilatlara dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə müəyyən işlər görmüş, bu istiqamətdə öz fəaliyyətini genişləndirmişdir. 

Dövlət vəsaitləri, o cümlədən büdcə vəsaitləri, kreditlər, qrantlar və dövlət müəssisələrinin xüsusi vəsaitləri hesabına keçirilən satınalmalarla əlaqədar müəssisə və təşkilatların tender komissiyalarına Dövlət Agentliyinin əməkdaşları tərəfindən tender prosedurlarının təşkili və keçirilməsinə dair metodik köməklik göstərilmiş, tender sənədlərinin hazırlanmasına dair geniş izahatlar verilmişdir. Dövlət satınalmaları zamanı yerli məhsulların satın alınmasına üstünlük verilməsi tövsiyə edilmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 128 satınalma proseduru həyata keçirilmişdir. Bir satınalma zamanı bir mənbədən satınalma metodundan istifadə edilərək birbaşa müqavilə bağlanmışdır. Müsabiqə yolu ilə keçirilmiş digər 127 satınalma prosedurları üzrə bağlanmış satınalma müqavilələrinin qiyməti 49630424,00 manat təşkil etmişdir və satınalma predmetlərinin ehtimal olunan qiymətinin 2202032,00 manat və ya 4,25 faizinə qənaət edilmişdir.

Ümumilikdə, 2012-ci il ərzindəki qənaətin 31948,00 manat və ya 1,45 faizi açıq tender üsulu ilə keçirilən satınalmalardan, 222799,00 manat və ya 10,12 faizi kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalardan, 1947285,00 manat və ya 88,43 faizi isə təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalardan əldə olunmuşdur.
2012-ci il ərzində dövlət vəsaiti hesabına 14192450,00 manat məbləğində ərzaq məhsulları, 2675890,00 manat məbləğində dərman preparatları, 435972,00 manat məbləğində dəftərxana ləvazimatları və təsərrüfat malları, 93873,00 manat məbləğində əşya əmlak­ları, 1858145,00 manat məbləğində mal-material, hidrotexniki avadanlıq­lar və əsas vəsaitlər satın alınmış, 30374094,00 manat məbləğində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilmişdir.
Bununla yanaşı, 2012-ci il ərzində keçirilən bir mənbədən satınalma zamanı dövlət vəsaiti hesabına 2500000,00 manat məbləğində əsaslı tikinti işləri həyata keçirilmişdir.
Bir faktı qeyd etmək lazımdır ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının fəallığı artmışdır. Muxtar respublikada aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün ərzaq (ət və süd məhsulları, un məmulatları, tərəvəz və sair), təbii meyvə şirələri və başqa məhsulların satın alınması üzrə keçirilən müsabiqələrdə tələbatın əvvəlki illərdən fərqli olaraq, əsasən, yerli istehsal hesabına ödənilməsi üstünlük təşkil edir. Müəssisə və təşkilatlarda bərk və yumşaq inventarın, digər avadanlıqların satın alınmasında da yerli müəssisələrin istehsal etdiyi məhsullardan istifadə halları artmışdır. Aparılan tikinti, təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
Beləliklə, 2012-ci il ərzində keçirilmiş 127 satınalma müsabiqəsindən 2202032,00 manat dövlət vəsaitinə qənaət edilmişdir.
Sonra məruzə ətrafında agentliyin Maliyyə, iqtisadi, hüquqi normativ sənədlərin hazırlanması sektorunun müdiri Şahin Səfərəliyevin, Malların, iş və xidmətlərin satın alınması və təhlili sektorunun müdiri Bəxtiyar Əliyevin çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278087
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
16
3513
15856
62733
3278087

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter