18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2012-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda agentliyin Baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, muxtar respublikada 2012-ci ildə əhali arasında sığorta mədəniyyətinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində 2011-ci illə müqayisədə sığorta tədiyyələrinin toplanması həcmi 2,2 dəfə, bağlanmış sığorta müqavilələrinin sayı 1,3 dəfə artmışdır. Ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 20474 ədəd sığorta müqaviləsi artıq bağlanmışdır. Ötən il 2011-ci illə müqayisədə əmlak sığortası üzrə 16578 ədəd, şəxsi sığorta üzrə 3896 ədəd artıq sığorta müqaviləsi bağlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon, (şəhər) Dövlət Sığorta agentlikləri tərəfindən 2012-ci ildə sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 602 müqavilə bağlanmış, 306,7 min manat sığorta tədiyyəsi toplanmışdır. İstehlak krediti götürənlərin 2602 nəfəri ilə fərdi qəza və xəstəlik sığortası müqaviləsi, ipoteka krediti götürən vətəndaşlarla 42 ipoteka əmlak, 46 ipoteka həyat sığorta müqaviləsi bağlanılmışdır.
2012-ci ildə sənayedə, tikintidə, nəqliyyatda, dövlət və qeyri-dövlət müəssisələrində, sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlərlə iş aparılmış, 514,4 min manat sığorta haqqı toplamaqla, 44 mindən artıq işçinin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstə­liklərindən peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin olunmuşdur. Bu sığorta növü üzrə, ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 21 faiz artıq sığorta tədiyyəsi toplanmışdır.

Qeyd olunmuşdur ki, 2012-ci ildə vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 25693 müqavilə, sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 781 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 270 müqavilə bağlanılmışdır. Ümumilikdə, 2012-ci ildə sahibkar­larla 1383 əmlak, 298 mülki məsuliyyət sığorta müqaviləsi bağlanmışdır. 
Hikmət Əsgərov bildirmişdir ki, 2012-ci ilin yaddaqalan hadisələrindən biri də dekabr ayında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üçün tikilən yeni binanın istifadəyə verilməsidir. Dövlət Baş Sığorta Agentliyi və rayon Sığorta agentliklərinə 7 ədəd yeni “NAZ Lifan-620” markalı minik avtomobilləri verilmişdir. Təbii ki, bütün bunlar sığorta işçilərinin qarşısına mühüm vəzifələr qoyur. 2013-cü ildə də işimizi günün tələbləri səviyyəsində qurmağa çalışmalıyıq.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287605
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2453
3637
25374
72251
3287605

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter