17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

17 ölkənin gömrük xidmətlərinin, eləcə də 10 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə 29-30 noyabr tarixlərində keçirilən forumda ölkə­mizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov da yer alıb.

            Tədbirin açılış mərasimində çıxış edən Türkiyə Cümhuriyyətinin gömrük və ticarət naziri Hayati Yazıcı İpək Yolunun sıradan bir ticarət yolu olmadığını önə çəkərək vurğulayıb ki, bu yol mədəniyyətlərin doğulduğu, qovuşduğu bir xətdir. İpək Yolu, sadəcə, tacirlərin deyil, eyni zamanda şərqdən-qərbə, qərbdən-şərqə orduların, fikirlərin, ideyaların, dinlərin, mədəniyyətlərin də yolu olub, Şərq mədəniyyəti bu yolla Qərbə daşınıb.

            Bu gün dünyanın xarici ticarət dövriyyəsinin təqribən 36 trilyon dollar olduğunu qeyd edən nazirin sözlərinə görə, bunun 24 faizi İpək Yolu ölkələrinin payına düşür. Son on ildə bu ölkələrin ticarət həcminin 4 dəfə artması da onu göstərir ki, gələcəkdə iqtisadiyyatın mərkəzi yenə də Asiya, daha dəqiq desək, Böyük İpək Yolu üzərində yerləşən ölkələr olacaqdır.

    Forumda İpək Yolu ölkələri arasında iqtisadi əlaqələrin inkişafında gömrük xidmətlərinin rolundan, eləcə də ticarət münasibətlərinin əsasını təşkil edən beynəlxalq daşımaların asanlaşdırılmasının əhəmiyyətindən ətraflı bəhs olunub. Əsasən, İpək Yolu təşəbbüsü – Karvansaray layihəsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, regional layihələr, Avrasiya sərhəd-keçid prosedurlarının asanlaşdırılması və sair bu kimi məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

                        Forum çərçivəsində İpək Yolu ölkələri arasında ticarətin təşviqi və sadələşdirilməsi üzrə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Qırğız respublikaları gömrük idarələrinin rəhbərləri arasında Niyyət Məktubu imzalanıb.  Yekun sənəd kimi İstanbul Bəyannaməsi qəbul olunub.

            “İpək Yolu ölkələri arasında ticarətin sadələşdirilməsi və inkişafında gömrük idarələrinin rolu” mövzusunda növbəti Beynəlxalq Forumun Azərbaycanda keçirilməsi qərara alınıb.

            Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinin Gömrük və Ticarət Nazirliyinin gömrük müstəşarının müavinləri Mehmet Gözəl və Ali Nural ilə görüşü olub. Tərəflər bütün sahələrdə olduğu kimi, gömrük işi sahəsində də ölkələrimiz arasındakı əlaqələrin ildən-ilə daha da yüksəldiyini məmnunluqla qeyd ediblər.

            Azərbaycanın Türkiyə ilə yeganə sərhəd bölgəsi olan Naxçıvan Muxtar Respublikası ilə qardaş ölkə arasındakı gömrük və ticarət əlaqələri xüsusi müzakirə mövzusu olub. Tərəflər Sədərək və Dil­ucu gömrük sərhəd-buraxılış məntəqələrinin            modernləşdirilməsi istiqamətində görülən işlərin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında yeganə sərhəd əməkdaşlığının hazırkı vəziyyətindən razılıq edən tərəflər əlaqələrin daha da genişləndirilməsinin, bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Rahil TAHİRLİ

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük

 Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr

 üzrə baş inspektoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3284656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3141
3444
22425
69302
3284656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter