25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

10-21 iyun tarixlərdə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi qeyd olunmuş, Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Azərbaycan nümayəndə heyətinin tərkibində sessiyada iştirak etmişdir.

Dünya üzrə layiqli əmək şəraitinin yaradılması, insanların sosial müdafiəsi və aktiv məşğulluq pro­qramlarının icrası ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının əldə etdiyi müsbət nəticələr maraqla qarşılanmışdır. Xüsusilə Beynəlxalq Əmək Təşkilatının çağırışlarına fəal olaraq sosial tərəfdaş­lıq edən Azərbaycanda innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldar­lığının yüksəldilməsi və sosial rifahın yaxşılaşması müsbət qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, müzakirə olunan məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin strateji məqsədidir. Həyata keçirilən tədbirlərin nəticəsində son 15 ildə Azərbaycanda ümumi daxili məhsul, sənaye istehsalı, orta aylıq əməkhaqqı dəfələrlə artıb, işsizlik və yoxsulluq səviyyəsi minimum həddə enib. Təkcə bu il əməkhaqqı və pensiyaların 40, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz artması insanların rifahına ciddi dəstək olub. Bildirilib ki, bu ilin may ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Sosial Təminat Forumuna ev sahibliyi edən Azərbaycanın 4 sosial layihəsi yaxşı təcrübə nümunəsi kimi bu təşkilatın xüsusi mükafatına layiq görülüb.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər may ayında da davam etdirilmişdir. Bu dövrdə heyvandarlıq, istixana təsərrüfatları, soyuducu anbar olmaqla, 8 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır.
Ərzaq məhsullarının istehsalı, soyuducu anbar, balın emalı, ətlik­-südlük istiqamətində heyvandarlıq təsərrüfatının, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən may ayında heyvandarlıq, arıçılıq, quşçuluq təsərrüfatlarının və soyuducu anbar olmaqla, 7 yeni layihənin maliyyələşdirilməsinə 104 min 200 manat, eləcə də 11 ailə təsərrüfatına 129 min 800 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 8 hаldа mənşə sеrtifikаtı verilmişdir. Ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 176 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 174 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir.
Bakı şəhərində “Məhsul ixrac edən şirkətlərdə keyfiyyətin idarə edilməsi” mövzusunda keçirilmiş seminarda “F.H.Oğulları” MMC-nin, “Sumqala Tikinti Təchizat” MMC-nin və “Ordubad Qənnadı Məmulatları” MMC-nin nümayəndələrinin, həmçinin 4 beynəlxalq tədbirdə 10 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Bunun başlıca səbəblərindən biri də bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstəkdir. Bu gün“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur.

Mərkəzi bazarda təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarındakı məhsul bolluğu deməyə əsas verir ki, adıçəkilən proqram muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
Ötən şənbə günü Naxçıvan şəhərində təşkil edilən yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu yarmarkaya üz tutanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki insanlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan ucuz qiymətə ala bilirdilər. Yarmarkaya gəlişimiz səhər saatlarına təsadüf etsə də, burada sıxlıq müşahidə edirdik. Biz də həm ziyarət, həm ticarət, – deyib satıcı və alıcılarla həmsöhbət olduq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaş­larının iştirakı ilə may ayında muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə tarla-seminar müşavirələri keçirilib. Müşavirələrdə kartof, soğan, qarğıdalı əkinlərində yeni texnoloji avadanlıq və aqreqatlardan istifadənin üstünlüklərindən danışılıb, meyvə-tərəvəz və bostançılıqla məşğul olan torpaq sahibkarlarına əkinlərə aqrotexniki qaydalara uyğun qulluq edilməsi haqqında məlumatlar verilib. Nazirliyin mütəxəssisləri tərəfindən hazırlanan buklet informasiya kitabçaları tədbir iştirakçılarına paylanılıb. Taxıl biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar biçində iştirak edən kombayn sahibləri ilə söhbətlər aparılıb, müvafiq köməkliklər göstərilib.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4131742
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4546
4356
8902
95342
4131742

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter